
M Oil Kesme Yağı 911
İleri texnologiya məhsulu olan xüsusi qatqılar və yüksək keyfiyyətli xüsusi baza yağları ilə qarışdırılmış, hər cür sərt poladların kəsmə, səth emalı və xüsusilə dərin deşmə kimi ağır əməliyyatları üçün hazırlanmışdır. Xüsusi ərintili poladlar da daxil olmaqla müxtəlif növ poladların deşmə və talaş götürmə əməliyyatlarında kəsici və soyutma mayesi olaraq etibarlı şəkildə istifadə olunur. İçərisindəki yüksək təzyiq qatqısı sayəsində fərqli əməliyyat sürətlərində və böyük ölçülü talaş götürmədə kəsmə və deşmə əməliyyatlarını asanlaşdıraraq mükəmməl səth keyfiyyətinin yaranmasına kömək edir. Yüksək sürətlərdə işləməyə uyğun olduğu üçün proses verimliliyinin artmasına və istifadə olunan metal emalı avadanlıqlarının ömrünün uzanmasına töhfə verir. İçərisindəki yüksək təzyiq qatqısı səbəbindən mis və ərintili sarı metallar üzərində ləkə yarada bilər.