Tez-tez Soruşulan Suallar
Motor yağları haqqında ən çox verilən sualları və cavabları burada tapa bilərsiniz
Mineral yağlar ilə sintetik yağlar arasında nə fərq var?
Mineral yağlar, xam neftin işlənməsi ilə əldə edilən əsas yağa lazım olan qatqıların əlavə edilməsi ilə istehsal olunur. Sintetik yağlar isə, laboratoriya şəraitində müxtəlif kimyəvi proseslərdən keçirildikdən sonra lazım olan qatqılar əlavə edilərək istehsal edilir.
Laboratoriya mühitində fərqli bir texnologiya ilə istehsal olunan sintetik yağlar, mineral yağlara nisbətən daha yüksək və daha aşağı temperaturlara, eləcə də yüksək təzyiqə qarşı daha dayanıqlıdır.
Sintetik yağlar niyə mineral yağlardan baha satılır?
Sintetik yağların xammadı olan sintetik əsas yağlar, qabaqcıl texnologiya ilə intensiv proseslərdən keçərək istehsal edildiyi üçün qiyməti daha yüksək olur. Bu da qiymətini təsir edən əsas səbəbdir.
Sintetik yağları mineral yağlarla qarışdırıb istifadə etmək olarmı?
Mineral yağların sintetik yağlarla qarışdırılmaması daha düzgün olar. Bu iki tip yağ qarışdırıldıqda sintetik yağın üstün xüsusiyyətləri azalacaqdır.
Motor niyə yağ itirir?
Yağ itkisi həm motor texnologiyası, həm də istifadə olunan yağın xüsusiyyətləri ilə əlaqədardır. Yeni texnologiyalarla istehsal edilən müasir motorlarda yüksək performans əldə etmək məqsədilə metallar (silindrlər, pistonlar) bir-birinə daha yaxın dizayn edilmişdir.
Bu xüsusiyyət, yağın sürətlə xüsusiyyətlərini itirərək yanmasına / buxarlanmasına və nəticədə də itirilməsinə səbəb olur. Avtomobil istehsalçıları, avtomobillərin müəyyən məsafə istifadə aralığında nə qədər yağ itirə biləcəyini adətən istifadə kitabçalarında göstərirlər. Sintetik yağlar isə mineral yağlara nisbətən daha az aşındığı üçün daha az itirir.
İncə yağ motora zərər verə bilərmi?
Yağ seçimi zamanı diqqət edilməli olan ən əsas məsələ, avtomobilin motoruna uyğun və istehsalçı tərəfindən tövsiyə edilən məhsulun istifadə edilməsidir. Sintetik yağlar (viskozite olaraq) 'incə' olmasına baxmayaraq, mineral yağlara nisbətən daha dayanıqlıdır və yüksək performans göstərir.
Motor yağına əlavə olaraq başqa yağ qatqı maddəsi istifadə etmək faydalıdırmı?
Motor yağına əlavə olaraq istifadə edilən yağ qatqı maddələri, düzgün seçildiyi təqdirdə köhnəlmiş motorlarda və ya daha yüksək performans tələb edildikdə ölçülə bilən faydalar verə bilər.
Lakin bu qatqı maddələrinin seçimi və istifadəsi, motor yağı istehsalçılarının göstərdiyi xüsusiyyətlər və tövsiyələrə uyğun olmalıdır. Əks halda, yanlış seçilmiş və ya düzgün istifadə edilməyən bir qatqı maddəsi motorun ömrünü qısalda bilər və ya ciddi nasazlıqlara səbəb ola bilər.
Yağ performans sinfi nədir? Necə başa düşülür?
Motor yağlarının performans sinifləri adətən API, ACEA, ILSAC və / və ya avtomobil istehsalçısının təsdiq sinfi ilə göstərilir.
Yağ qablaşdırmasında (məsələn) 5W-xx-dəki 5W nə deməkdir?
"W" İngiliscə "winter" (qış) sözündən gəlir. 5W qış şəraitində '5' nömrəli yağ xüsusiyyətini göstərən olduqca incə bir yağ deməkdir.
Eyni viskozite dərəcəsindəkı yağlar arasında qiymət fərqi haradan yaranır?
İstifadə edilən əsas yağların keyfiyyəti, qatqı paketinin növü və / və ya performans sinfi fərqlilikləri nəticəsində qiymətlər dəyişə bilər.
Dişli yağı qablaşdırmalarında görsən GL-4 və ya GL-5 nə deməkdir?
Hər ikisi də dişli yağları üçün istifadə olunan API sinifləndirməsidir. GL-5 məhsullarda aşırı təzyiq qatqısı daha yüksək miqdarda istifadə olunur və ağır iş şəraitlərinə daha uyğun gəlir.
Avtomobil istehsalçısı tərəfindən əksik qeyd edilmədikcə GL-4 tövsiyə edilən dişli qutularında GL-5 məhsulu istifadə edilməməlidir, çünki GL-5-də olan aşırı təzyiq qatqısındakı bəzi maddələr pirinç hissələrini aşındıra bilər.
İstifadə edilmiş motor yağının rəngi niyə qaranlıqlaşır?
Motor yağının əsas funksiyalarından biri təmizləmədir. Keyfiyyətli bir motor yağı, tərkibindəki dağıdıcı və deterjan qatqıları sayəsində motorda yaranan qurum hissəciklərini yayaraq özünə alır və metal səthlərə yapışmasının qarşısını alır. Metal səthlərə yapışanları da deterjanla təmizləyir.
Buna görə də motor yağı çirklənir. Beləliklə, çirkli görünən motor yağı əslində öz vəzifəsini yaxşı yerinə yetirir.
Motor yağının zədələndiyini necə başa düşmək olar?
Motor yağının zədələnib-zədələnmədiyini gözlə və ya əllə anlamaq çətindir. Lakin laboratoriya testləri ilə motor yağının fiziki və kimyəvi xüsusiyyətləri təhlil edilərək, yağın zədələnib-zədələnmədiyi müəyyən edilə bilər.
Səhərləri avtomobilin çətin işləməsi motor yağı ilə bağlı bir problem midir?
Bu vəziyyət yağ ilə bağlı bir problem olmamaqla yanaşı, hava soyuq olduqda viskozitesi artan (qalınlaşan) yağ ilk işə salınmada motorun içində sürətlə hərəkət edə bilmir və daha çox aşınma baş verir.
Bu səbəbdən, aşağı viskozitəli (incə), qismən sintetik və ya tam sintetik yağlar istifadə edildikdə ilk işə salmada motorda daha az aşınma yaranacaqdır.
Motora müxtəlif markaların yağı əlavə edilməsi zərər verərmi?
Əlavə edilən məhsulun eyni viskozitedə və performans sinfində olmasına diqqət edilməli və məcburi olmadıqca mineral yağla sintetik yağı bir-birinə qarışdırmamaq lazımdır.
Dişli yağları üçün qatqı istifadə oluna bilərmi?
Xüsusilə köhnəlmiş dişli qutularında düzgün seçilib və qaydalara uyğun istifadə edildikdə ölçülə bilən faydalar əldə edilə bilər.
Sualınız cavablandırılmadı?
Əgər sualınıza cavab tapa bilmədinizsə, bizə müraciət edə bilərsiniz. Mütəxəssislərimiz ən qısa zamanda sizə yardımçı olacaqlar.
Bizimlə Əlaqə